İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkilinin fəaliyyəti başa çatır

İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestadın diplomatik missiyası başa çatır.
“Report” xəbər verir ki, diplomat iyul ayının sonlarında Azərbaycanı tərk edəcək.
Qeyd edək ki, T.Danestadın Bakıdakı diplomatik missiyası 2014-cü ildə başlayıb.
Xatırladaq ki, T.Danestad Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mardın həyat yoldaşıdı. M.Mardın da Azərbaycandakı missiyası iyul ayının sonlarında başa çatacaq.
Onları əvəz edəcək diplomatların adları hələlik açıqlanmayıb.