İtaliyanın Azərbaycandakı yeni səfiri avqustda gələcək

İtaliyanın Azərbaycandakı yeni səfiri Auqusto Massari Bakıya avqustun ortalarında gələcək. Bu barədə Report-a İtaliyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Yeni səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra fəaliyyətə başlayacaq.
O, bu vəzifədədə 2013-ci ildən İtaliyanın Bakıdakı diplomatik missiyasına rəhbərlik edən Campaolo Kutilyonu əvəz edəcək. Diplomat fəaliyyətini İtaliyanın Xarici İşlər Nazirliyinin şöbələrinin birində davam etdirəcək.
A.Massari İtaliya XİN-də 1998-ci ildən işləyir. Azərbaycana səfir təyin olunmamışdan əvvəl İtaliyanın Pekindəki səfirliyində çalışıb.