İxtisaslaşdırılmış tikintidə əməkhaqqı 14 faiz azalıb

2017-ci ilin birinci yarısı üçün Dövlət Statistika Komitəsi tikinti sektoru ilə bağlı işçilərin sayı, əmək haqları ilə bağlı rəqəmlər açıqlayıb. 

Bu ilin 6 ayı ərzində inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artaraq 93,8 min nəfər olub, orta aylıq əməkhaqqı isə 821,4 manat təşkil edib.

Məlumata görə, ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin maaşı 14,2 faiz azalıb. Binaların tikintisində əməkhaqqı 8,1 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı isə 8,7 faiz artıb.