Konqres Rusiyaya qarşı yeni sanksiyalar qanununa səs verdi

ABŞ-da Nümayəndələr Palatası prezident Trump-ın bu qanunvericilik aktına etirazına baxmayaraq böyük səs çoxluğu ilə Rusiyaya, habelə İran və Şimali Koreyayaqarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanunu qəbul edib.

Azadlıq Radiosunun məlumatına görə, ən əhəmiyyətlisi budur ki, qanun prezident Trump-ın partiyadaşları olan respublikaçılar tərəfindən güclü dəstək qazanıb və 388 leyhinə, cəmi 2 səs əleyhinə nisbəti ilə qəbul olunub.

Prezident Trump-ın imzasına verilməzdən əvvəl bu qanun Senat səsverməsindən də keçməlidir. Trump qanunun qəbuluna veto da qoya bilər.

Ağ Ev hələlik bu qanunu dəstəkləyib-dəstəkləməyəcəyi barədə dəqiq mövqe bildirməyib.