“KXDR-ın raketləri ABŞ-ın istənilən nöqtəsinə çata bilər” – Kim Çen In

Pxenyan ikinci qitələrarası “Hvason-14” ballistik raketi sınağının uğurla həyata keçirildiyini bəyan edib.

Abzas.net xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.

Ölkə lideri Kim Chen In bildirib ki, KXDR-ın ballistik raketləri ABŞ ərazisinin istənilən nöqtəsinə çatmaq iqtidarındadır.

“Biz açıq çəkildə göstərdik ki, bizim ballistik raketlərimiz bütün ABŞ ərazisinə çata bilər” – agentlik ondan sitat gətirir.

Həmçinin, Kim Chen In, 5-ci keçirilmiş sınağı “ABŞ-a edilən sərt xəbərdarlıq” adlandırıb.