Monqolustanda müxalifət lideri prezident seçilib

Monqolustanda dünәn keçirilәn prezident seçkilәrinin ikinci turunu müxalifәtdәki Demokrat Partiyasının namizәdi, iş adamı vә keçmiş idmançı Khaltmaa Battulga qazanıb.

Monqolustan Seçki Komisiyasının verdiyi açıqlamaya görə, Battulganın sәslәrin 50,9 faizini qazandığı bildirilib.

Battulga rәsmi nәticәlәr açıqlandıqdan sonra mәtbuat konfransı keçirib. Bildirib ki, “ölkәdә hәr kәsin qazanması üçün xarici sәrmayәçilәri dәstәklәyәcәk. Bu ölkәnin Çin, Rusiya vә ya bir başqası olması önәmli deyil. Texnologiyaya qoyulan sәrmayәni dә artıracağam”.