Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib

Azərbaycan Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib.

“Report”un xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli vətəndaşlar!

Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”