Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda iştirak edəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda iştirak edəcək.

Abzas.net Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşüb.