“Qarabağ” Çempionlar Liqasına böyük hesablı qələbə ilə başladı

“Qarabağ” futbol klubu iyulun 11-də yeni avrokubok mövsümünə start verib. Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında bu sezon ilk görüşünə çıxıb.

Abzas.net xəbər verir ki, Avropanın ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşıb.

Oyuna sürətli başlayan Azərbaycan təmsilçisi erkən qol vura bilib. Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Hücumlarını davam etdirən Ağdam komandası 37-ci dəqiqədə daha bir dəfə fərqlənib. Bu dəfə Dino Ndlovu qapını düzgün nişan alıb.

CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb.

İkinci hissədə daha aktiv oyun oynayaq qonaq komanda nəticə əldə edə bilməyib. Əvəzində Azərbaycan təmsilçisi daha 2 qol vura bilib.

Əvvəlcə oyunun bitməyinə 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salamlayıb. Ardınca isə Mişel oyunun nəticəsini müəyyən edən qolun müəllifi olub.

“Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) – 5:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1, Donald Gerryer, 83, Mişel, 90+2