“Qarabağ” klubu “Legiya”nın kapitanı ilə iki illik müqavilə imzalayıb

“Qarabağ” klubu polşalı futbolçu Yakup Jezniçakla münasibətlərini rəsmiləşdirib.

Abzas.net klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik müqavilə imzalayıb.

O, “Qarabağ”da “52” nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2003-cü ildə Polşa “Vidzev Lodz”unda başlayan Yakup Jezniçak cəmi bir il sonra ölkəsinin köklü klublarından “Legiya”ya transfer olub. O, son 13 ilini kapitanı olduğu bu komandada keçirib.

Y.Jezniçak 5 dəfə Polşa çempionu, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb. O, 9 matçda Polşa yığmasının formasını geyinib.