QDİƏT Parlament Məclisinin sessiyasında Alxanlı məsələsi müzakirəyə çıxarılacaq

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələ İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında qaldırılacaq. 

Bu barədə “Report”un Türkiyə bürosuna Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev bildirib.

Deputat qeyd edib ki, çıxışı zamanı iclas iştirakçılarına ötən gün baş verən təxribatla bağlı məlumatlar təqdim olunacaq, qeyd ediləcək ki, bu gün də ermənilər öz çirkin, mənfur əməllərini davam elətdirirlər”.

Eldar Quliyev qeyd edib ki, erməni tərəfi hər dəfə belə təxribatlara əl atır: “Keçən ilin aprel ayında Azərbaycanın zəfər yürüşü oldu. O dövrdə də ermənilər bizim kəndlərimizi, mülki vətəndaşları gülləbaran edirdilər. Bundan sonra Azərbaycan əsgəri dözməyərək hücuma keçdi və işğal altında olan torpaqların bir hissəsini geri aldı. Azərbaycanın milli ordusu bu gün hər şeyə qadirdir. Baş komandan əmr verərsə, əminəm ki, öz torpaqlarımızı bir neçə gün ərzində azad edə bilərik. Lakin biz sülhsevər xalq olduğumuzdan, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Biz erməni xalqının deyil, erməni hakimiyyətinin, hərbi qüvvələrinin düşmən olduğunu bəyan edirik. Problemimiz həll edildikdən sonra bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin öz yurdlarına yerləşdirək”.

QDİƏT Parlament Məclisinin Baş Assambleyasının bu gün başlayan 49-cu sessiyasında təşkilata üzv ölkələrin parlament nümayəndə heyyətləri iştirak ediblər. Komitə iclası Türkiyənin Böyük Millət Məclisinin sədri İsmayıl Karamanın idarəçiliyi ilə keçirilib.

Beynəlxalq sessiyanın açılışından sonra Türkiyədə baş verən 15 iyul hadisələrinin yad edilib, sənədli film nümayiş olunub. Məclis sədri İsmayıl Karaman çıxışında “Qara Dəniz xalqlarının seçilmiş təmsilçilərinin bir yerə toplamaqda məqsəd bu çoğrafiyada sülhün, istiqrarının, rifahın, təhlükəsizliyin təmin olunmasıdır” deyib.

İclaslarda 1993-cü ilin fevral ayında ilk dəfə İstanbulda toplanan Parlament Məclisinin ötən illər ərzindəki fəaliyyətindən danışılıb, ölkələrarası bağların daha da möhkəmlənməsi üçün parlamentlərin rolu, iqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.

Son illərdən parlament seçkilərinin keçirildiyi ölkələrdən seçilən və təşkilata üzv olaraq göndərilən millət vəkillərini namizədliyi irəli sürülüb və təsdiqlənib.

Rusiya və Ukrayna arasında Kırımın ərazi bütövlüyü məsələsində millət vəkilləri arasında gərginlik yaşanıb. Ukrayna təmsilçiləri qısa fasiləylə sessiyanı tərk ediblər.

Üzv ölkələrin ərazi bütövlüyü və suverenliyi maddələrinin əks olunduğu qətnaməyə etiraz edən Ermənistan Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu deklarasiyanın müzakirəsinə etiraz ediblər. İkili səsvermənin tətbiq olunmasını istəyən Ermənistan millət vəkilləri iclasda gərginlik yaradıb. Həm ölkələr, həm də millət vəkillərinin cəlb olunduğu səsvermədə ən az 35 millət vəkinin səsi tələb olunub və 57 millət vəkilinin iştirak etdiyi sessiyada 44 vəkil leyhinə səs verib.

Tədbirlərdə Azərbaycanı Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT PM-in sədr müavini Musa Quliyev, deputatlar Jalə Əliyeva və Əflatun Amaşov təmsil edirlər. Baş Assambleyanın iclasında QDİƏTPM-in sədr müavini Musa Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə dayanıqlı səhiyyə sisteminin təmin olunmasında parlamentlərin rolu”, mözsuzunda məruzəsi dinlənilib. Deputat Əflatun Amaşovun isə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzularında çıxışı olacaq.