Qızılağac qoruğu ərazisində yanğın baş verib

Bu gün saat 14.00 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, havanın küləkli olması səbəbindən və ərazi bataqlıq olduğundan ora yaxınlaşmaq çətinlik yaradır.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.

APA-nın cənub bürosunun məlumatına görə, əraziyə Fövqalada Hallar Nazirliyinin Masallı və Lənkəran yanğından muhafizə hissəsinin avtomaşınları və xeyli sayda canlı quvvəsi cəlb olunub.

Yanğın əsasən dəniz sahilində, qamışlıq ərazidə müşahidə olunur. Hazırda yanğın 10 hektardan artıq ərazini əhatə edir.