“Rus dili Ermənistanın dövlət dili olsun” – Rusiya Duma-sının spikeri Vyaçeslav Volodin

Rusiya Dövlət Duma-sının spikeri Vyaçeslav Volodin rus dilinin Ermənistanın dövlət dili olmasını təklif edib.

Abzas.net xəbər verir ki, Rusiya Dövlət Duma-sının spikeri Vyaçeslav Volodin Ermənistan hökumətinə müraciət edərək rus dilinə dövlət dili statusunu verməyi təklif edib.

Yalnız bundan sonra Ermənistanın sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınması mümkün olacaq.

İyunun 21-dən Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri ilə işləməyi qadağan edən qanun qüvvəyə minib. İstisna yalnız dövlət dili rus dili olan ölkələrin (Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Moldova) vətəndaşları üçündür.