Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətərə qarşı toplaşırlar

Doha hökuməti ərəb dövlətlərinin 13 maddəlik tələbnaməsinə cavab verib.

“Ölkə.Az” xəbər verir ki, dörd ərəb dövləti bu gün Misirin paytaxtı Qahirə şəhərində atılacaq yeni addımları müzakirə edəcəklər.

Qətərin cavabı gecə saatlarında Səudiyyə Ərəbistanına çatdırılıb. Cavabın mətni barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ xarici işlər nazirləri yeni addımları müzakirə etmək üçün Qahirəyə toplaşırlar.

Tələblər arasında Qətərdəki türk hərbi bazasının bağlanması, “Əl-Cəzirə” kanalının bağlanması, İranla münasibətlərin zəiflədilməsi və Yəməndəki üsyankar xusilərə olan dəstəyin dayandırılması var.

Qətər isə tələblərin real olmadığını və həyata keçirilməz olduğunu bildirir. Qətərin XİN rəhbəri bildirib ki, bu tələblər terrorla əlaqəli deyil.