Sabaha olan hava proqnozu açıqlanıb

İyulun 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir  güclənəcək.

Abzas.net xəbər verir ki, bu barədə ETSN məlumat verib.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz  28-32° isti, Bakıda gecə  21-23° isti, gündüz  29-31° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 75-85 % , gündüz  60-65%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  30-35°, dağlarda gecə 10-15° isti, gündüz  18-23° isti olacağı gözlənilir.

Iyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə  dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.