Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti Yağmursuz. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.