Sabir Rüstəmxanlının jurnalist bacısı oğlu polis tərəfindən saxlanılıb

BakiPost saytının baş redaktoru Elçin Zahiroğlunun saxlanıldığı deyilir. Bu barədə criminal.az məlumat yayıb. 
İddialara görə, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları saxlayıb.
Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.
Teleqraf.com-un əməkdaşı Elçin Zahiroğlu ilə əlaqə saxlamağa çalışıb. Lakin baş redaktorun telefonu bağlı olub.