“Şerif” – “Qarabağ” oyununu idarə edəcək hakimlər bəlli olub

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Moldovada baş tutacaq “Şerif” – “Qarabağ” oyununa olan bütün təyinatlar açıqlanıb.

Abzas.net xəbər verir ki, oyunu Roy Rainshrieber-in başçılıq etdiyi israilli hakimlər briqadası idarə eəcək. Amihay Mozes və Dann Uchenik yan xətt, Daniel Natan dördüncü hakim qismində yardımçı olacaqlar.

UEFA nümayəndəsi latviyalı Edgar Pukinsk, hakim-inspektor litvalı Paulius Maljinskas olacaq.

Oyun, 1 avgust, Bakı vaxtı ilə saat 21:00-da “Şerif” stadionunda başlayacaq.