“Trump Rusiyaya qarşı sanskiyaları nəzərdə tutan sənədi imzalayacaq” – Ağ ev

ABŞ prezidenti Donald Trump Konqress tərəfindən qəbul olunmuş Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsi ilə tanış olub.

Abzas.net xəbər verir ki, bu barədə Ağ evin Mətbuat xidməti məlumat verib.

“Prezident Donlad Trump qanun layihəsinin əvvəlki variantları ilə tanış olmuşdu və onun vacib məqamlarına dair müzakirələr aparırdı. İndi o, layihənin yekun variantı ilə tanış olub. Qanunda qeyd olunanlarla onun öncədən apardığı müzakirələrin üst üstə düşdüyünü nəzərə alsaq, onun sənədə müsbət yanaşdığını və imzalamaq niyyətində olduğunu deyə bilərik” – deyə, açıqlamada bildirilib.

25 iyulda qanun layihəsi ABŞ Konqressinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib. 27 iyulda layihə Senat tərəfindən təsdiq olunub. Trump-ın imzasından sonra sənəd rəsmi şəkildə qanun olacaq.