Türkiyə Silahlı Qüvvələri 4 PKK terrorçusunu məhv edib

PKK yaraqlıları
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Ora bölgəsində PKK-nın 4 terrorçusunu məhv edib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçular pilotsuz uçan aparatdan atılan bomba vasitəsi ilə zərərsizləşdiriliblər.
Hazırda Türkiyə Silahlı Qüvvələri həmin ərazidə və Türkiyənin Hakkari vilayətində PKK terrorçulara qarşı əməliyyatı davam etdirir.