Türkiyədə daha bir deputat saxlanıldı

Türkiyədə daha bir deputat həbs olundu.

Abzas.net xəbər verir ki, Batman hava limanında saxlanılan “HDP”-li deputat Saadet Becerikli ifadə verməsi üçün Batman Ədliyyəsinə aparılıb.

Batman Prokurorluğunun apardığı istintaq çərçivəsində, 2-ci Ağır Cəza Məhkəməsinin “terror təşkilatının təbliğatını aparmaqda” ittiham etdiyi “HDP”-li millət vəkili Saadet Becerikli məhkəmənin ilk iclasında iştirak etmədiyi üçün, haqqında saxlanılma qərarı çıxarılmışdır. Bügün Ankaradan Batmana gələn Becerikli hava limanında saxlanaraq Batman Ədliyyəsinə aparılıb.