Türkiyədə Toğrul Türkeş və bir neçə nazir vəzifəsini itirib [yeni tərkib]

Türkiyə hökumətinin yeni tərkibi açıqlanıb. 

Bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir müavinləri Bəkir Bozdağ, Mehmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu olub.

Ədliyyə naziri Abdulhamit Gül, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Avropa Birliyi naziri Ömər Çelik, elm və sənaye naziri Faruk Özlü, çalışma və sosial təminat naziri Julidə Sarıəroğlu, ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclik və idman naziri Osman Aşkın Bak, qida, kənd təsərrüfatı naziri Əhməd Əşrəf Fakibaba, gömrük və ticarət naziri Bülənt Tüfənkçi, daxili işlər naziri Süleyman Soylu, inkişaf naziri Lütfi Əlvan, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, maliyyə naziri Naci Ağbal, təhsil naziri İsmət Yılmaz, müdafiə naziri Nurəddin Canikli, orman və su işləri naziri Veysəl Əroğlu, səhiyyə naziri Əhməd Əmircan, rabitə və nəqliyyat naziri Ahmet Arslan olub.

Ümumilikdə, 5 baş nazir müavini və nazir Nazirlər Kabinetindən çıxıb, 6 şəxsin vəzifəsi dəyişib.

Tuğrul Türkeş və Veysi Kaynak baş nazir müavini, Mehmet Müezzinoğlu əmək və sosial təminat naziri, Akif Çağatay Kılıç gənclik və idman naziri, Faruk Çelik  qida, kənd təsərrüfatı naziri postlarını itiriblər.