Türkiyənin beynəlxalq ehtiyatlarında 4 mlrd. dollara yaxın azalma baş verib

Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları 8-14 iyul həftəsi ərzində 3,652 mlrd. ABŞ dolları və yaxud 3,36% azalaraq 105,132 mlrd. dollara enib.

Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatına görə, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 230 mln. dollar və yaxud 1,23% artaraq 18,901 mlrd. dollar, valyuta ehtiyatları isə 3,882 mln. dollar və yaxud 4,3% azalaraq 90,668 mlrd. dollar olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 34,52% artıb, valyuta ehtiyatları isə 6,32% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 0,91% azalıb.

Hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarından xalis 501 mln. dollarlıq qiymətli kağızlar alıblar.