Venesuelada seçki günü baş verən etirazlarda 11 nəfər öldürülüb

Venesuelada Konstitusiya assambleyasına seçkilər günü baş verən etiraz aksiyalarında 11 nəfər öldürülüb, təxminən 100 nəfər saxlanılıb.

Abzas.net xəbər verir ki, bu barədə qeyri-hökümət təşkilatı olan “Venesuela cinayət forum”unun direktoru Alfredo Romero öz “Twitter” hesabında məlumat verib.

“Saat 21:30-a olan məlumatlara görə, bu gün ərzində keçirilən etiraz aksiyalarında 11, 29 iyulda isə 5 nəfər öldürülüb. Qurbanlar arasında Milli qvardiyanın bir üzvü və ən azı 3 uşaq var” – deyə Romero bildirib.