Yaponiyanın müdafiə naziri istefa verib

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib.

Abzas.net xəbər verir ki, onu bu postda bir müddət ölkənin XİN rəhbəri Fumio Kisida əvəz edəcək.

Bu barədə 5-ci gün rəsmi bəyanat verilib.

Öncə Tomomi İnada mətbuat konfransı keçirdi. O, Cənubi Sudanda yapon sülhməramlılarının hesabatlarına dair yaranmış vəziyyətin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib:

“Mən yaranmış vəziyyətin məsuliyyətini öz üzərimə götürmək üçün istefa vermək qərarına gəldim”.

Yaponiya hərbi qüvvələrinin Cənubi Sudandakı fəaliyyəti barədə qalmaqal , Müdafiə Nazirliyinə sənədlərin açılması ilə bağlı sorğu gəldikdən sonra alovlandı. Cavabında nazirlikdən bildirdilər ki, bu sənədlər məhv edilib. Lakin sonradan məlum oldu ki, onlar heç də məhv edilməyib. Ancaq bu faktı gizlətmək qərarı verilib, çünki etiraflar reputasiyanı zədələyə bilərdi.

Yaxım günlərdə yaranmış vəziyyətlə bağlı Müdafiə Nazirliyinin Quru Qoşunlarının komandanı Tosiya Okabe-nin də öz postunu tərk edəcəyi gözlənilir.