Əfqanıstanda partlayış baş verib: ən azı 5 nəfər həlak olub

Əfqanıstanın cənubunda yerləşən Hilmend vilayətinin bazarında partlayış baş verib.

Abzas.net xəbər verir ki, bu barədə vilayətin qubernatorunun nümayəndəsinə istinadən “Tolo News” telekanalı məlumat verib.

Onun sözlərinə görə, qanun keşikçiləri ilə bazara hücum etmiş silahlı qrup arasında toqquşma olub. Avtomobilin partladılması nəticəsində 5 hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

Bununla belə, telekanalın təhlükəsizlik xidmətlərindən olan mənbəsi partlayış nəticəsində ən azı 20 nəfərin həlak olduğunu bildirir.