Ərdoğan Ramil Quliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atlet Ramil Quliyevi Londonda keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Bu barədə avqustun 11-də Türkiyə prezidentinin rəsmi saytı məlumat yayıb.

Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Londonda atletika üzrə keçirilən Dünya çempionatında 200 metr məsafəyə qaçışda 20.09 saniyə nəticə ilə dünya çempionu olub.

Ramil Quliyev qələbədən sonra mətbuata müsahibəsində deyib ki, bir il imiş ki, bu yarışa hazırlaşırmış və qəlib olacağına

Inanırmış.

O qeyd edib ki, məqsədi qarşıdan gələn Tokio Olimpiya Oyunlarında da qızıl medal qazanmaqdır.

Ramil Quliyev qələbəni Türkiyə və Azərbaycan bayraqları ilə qeyd edib.

O, məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu elədim.

Ramil Quliyev 1990-cı il mayın 29-da Azərbaycan Bakıda doğulub.

2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.