16 ABŞ diplomatı xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb – Kubada

Kubada baş vermiş insidentlər nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

Dövlət Departamenti hesab edir ki, ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşı xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb.

“CBS News” telekanalı məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanaraq, ABŞ və Kanadanın bir neçə diplomatına “yüngül kəllə-beyin travması” diaqnozu qoyulduğunu qeyd edib.

İnsidentlərin təfərrüatları açıqlanmır.