ABŞ-da Çin konsulluğu atəşə tutulub

ABŞ-ın Los-Anceles şəhərində yerləşən Çin konsulluğu naməlum şəxs tərəfindən atəşə tutulub.

Abzas.net xəbər verir ki, bu barədə “Los Angeles Daily News” qəzeti məlumat verib.

Bildirilir ki, öz avtomobilinin pəncərəsindən atəş açan şəxsin təxminən 60 yaşı olub.

İnsident nəticəsində konsulluq əməkdaşlarından və ya yoldan keçən heç kəs zərər görməyib. Atəş açan şəxs sonda özünü öldürüb.

Çinin “Huanqiu Shibao” nəşrinin məlumatına görə, atəş açan şəxs Çin vətəndaşıdır. Qəzet bildirir ki, ölkə rəhbərliyi qohumlarını hadisə barədə xəbərdar etməyincə onun adını açıqlamayacaqlar.