ABŞ müdafiə naziri Ukraynaya səfər edəcək

24 avqust Ukraynaya başda müdafiə naziri James Mattis olmaqla ABŞ nüməyəndə heyəti səfər edəcək.

Abzas.net xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

“ABŞ nümayəndə heyəti 23-24 avqust tarixlərində Ukraynada səfərdə olacaq”, – deyə açıqlamada bildirilib.

Ukrayna müdafiə naziri Stepan Poltorak bildirib ki, ABŞ bütün sahələrdə (siyasi, hərbi, iqtisadi) Ukraynanın əsas strateji müttəfiqidir. O, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq miqyasda tanınmasında ABŞ-ın hər tərəfli köməyinin və dəstəyinin həlledici rol oynadığını vurğulayıb.

21 avqustda, prezident Petro Poroshenko Mattis-lə müzakirələrin Ukraynanın müdafiəsinin möhkəmlənməsində fövqaladə əhəmiyyət kəsb edəcəyini bildirib.