ABŞ prezidentindən açıqlama: “Şimali Koreya çox qısa müddətə peşman olacaq”

ABŞ prezidenti Donald Tramp Şimali Koreya mövzusunda yeni açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Tramp açıqlamasında Şimali Koreyanın ABŞ-ı və müttəfiqlərini təhdid etməyə davam etməsi halında peşman olacağını söyləyib.

ABŞ lideri Nyu Cersinin Bedminster şəhərindəki qolf klubunda keçirdi mətbuat konfransında deyib: “Əgər Şimali Koreya lideri Kim Çen İn yenə də açıq-aşkar hədə-qorxu gəlsə, Quam və ya ABŞ və müttəfiqlərinin torpaqlarındakı hansısa yerə yönəlik bir addım atsa, ən qısa müddətə peşman olacaq”.

Tramp bildirib ki, Şimali Koreyanın əməlləri cavabsız qalmayacaq: “Ümid edirəm ki, nə dediyimin ağırlığını tam başa  düşərlər. Nə söylədimsə, onu nəzərdə tutdum”.