Azərbaycan 2016-cı ildə Gürcüstana 558 milyon dollar yatırım edib

2016-cı ildə Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan birinci olub.

Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatına görə, Azərbaycan ötən il qonşu ölkəyə 558 milyon dollar investisiya yatırıb.

Bu, Gürcüstana yatırılan xarici investisiyaların ümumi həcminin 35,6 faizini təşkil edib. 2016-cı ildə Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmi təqribən 1,6 milyard dollar olub.

Gürcüstana ən çox investisiya qoymuş ölkələr arasında Azərbaycandan sonra Türkiyə (203,5 milyon dollar), Böyük Britaniya (118,8 milyon dollar) və Niderland (97,2 milyon dollar) gəlir.

Ötən il Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, tikinti, maliyyə, istehsal və energetika sektorlarına yatırılıb.