Azərbaycanda insan hüquqlarının vəziyyəti AŞPA-da müzakirə ediləcək

Azərbaycanda insan haqlarının və demokratik institutların vəziyyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrində müzakirə olunacaq. Bu barədə AŞPA-nın rəsmi saytında məlumat verilib. 

Abzas.net xəbər verir ki, müzakirələr sentyabrın 5-də Parisdə AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsinin toplantısında keçiriləcək.

Toplantıda Belçikadan olan deputat Alain Desterxhe-in təqdimatında Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunan hesabat müzakirə ediləcək.

Sentyabrın 7-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq.

İclasda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Schennach (Avstriya) və Cezar Florin Preda (Rumıniya) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsini təqdim edəcəklər.

Yerli hüquqmüdaçiəçiləri qrupları, beynəlxalq insan haqları təşkilatları Azərbaycanda çoxlu sayda siyasi məhbusun – jurnalistin, gənc fəalların, siyasətçilərin, inanclı insanların həbsdə olduğunu bildirirlər.

Azərbaycan hökuməti isə bu iddiaları rədd edir və bildirir ki, həmin insanlar konkret cinayət əməllərinə görə həbs olunublar.