Azərbaycandakı teleradio şirkətlərindən birinin adı dəyişdirilib

Quba rayonunda fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinin adı dəyişidirilib.

“Report” xəbər verir ki, Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq, ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilib.

Bundan başqa, iclasda “Albax TV” MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilib.

Əvvəlki məqalə“İpoteka haqqında” qanuna əlavə və dəyişikliklərin detalları açıqlanıb
Növbəti məqalədə‘Heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır, günahkarlar layiqli cəzasını almalıdır’