Bakı dəmiryol vağzalı bağlanıb

Bu gün, avqustun 22-si Bakı Dəmir Yolu Vağzalının sərnişinlərin üzünə bağlandığı bildirilir.

Abzas.net xəbər verir ki, bu bərədə «Azərbaycan Dəmir Yolları» (ADY) QSC-nin mətbuat xidməti məlumat verib.

Vağzalın 35 gün qapalı qalacağı açıqlanıb.

Müvəqqəti məhdudiyyətin Bakı-Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına da şamil ediləcəyi bildirilib.

Vağzalın bağlanmasına səbəb kimi dəmiryolunun Biləcəri-Keşlə ərazisində aparılan təmir işləri göstərilib.

Bu müddət ərzində elektrik qatarlarına minik Biləcəri stansiyasında «Meydan» adlanan ərazidə aparılacaq.

Bakı Dəmir Yolu Vağzalı əvvəlki iş rejiminə sentyabrın 26-da qayıdacağı gözlənilir.