Bakıda məişət tullantılarının toplandığı ərazi yanır

Bakı şəhəri, Binəqədi yolu, “Qəbələ” marketin yaxınlığında məişət tullantılarının toplandığı açıq ərazidə yanğın başlayıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının lokallaşdırılması istiqamətində iş aparılır.