“Bank sektorunun mənfəəti 52% azalıb” – Maliyyə Bazarlarına Nəzarət Palatası

2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata görə, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat  və ya 52,4% azalıb.

Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.

Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.