“Barcelona”-nın yeni transferi 40 milyon avroya başa gəlib

“Barcelona” Braziliya yığmasının yarımmüdafiəçisi Paulinho-nun transferini bitirib.

Abzas.net xəbər verir ki, katalonlar futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Braziliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Paulinho “Barcelona”-da 15 nömrəli formanl daşıyacaq. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.

Bu transferə görə İspaniya klubu Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyib.

Bundan öncə Paulinho “Tottenham Hotspur” və “Corintians” klublarının şərəfini qoruyub.