Beynəlxalq reytinq agentliyi “Atabank”ın vəziyyətinin pisləşdiyini açıqlayıb

ABŞ-ın reytinq agentliyi Fitch Azərbaycan bankları ilə bağlı yeni qiymətləndirməsini açıqlayıb. Hesabatda “ATABANK” ASC-nin reytinqini “B” səviyyəsindən “CCC” səviyyəsinə endirildiyi bildirilir.

Reuters agentliyinin xəbərinə görə, “Fitch”-in rəyinə görə, birləşmədən sonra “ATABANK” ASC-nin gözlənilənlərə nisbətən kredit profili çox zəifləyib. Hazırda sözügedən bankın reytinq səviyyəsi “B” deyil.

Bu bankın aktivlərinin keyfiyyəti xüsusilə də, 2017-ci ilin birinci yarımilliyində pisləşib. Daha möhkəm kapitallaşdırılmış Caspian Development Bank OJSC (CDB) ilə birləşmədəəldə olunan müsbət nəticə bunu qismən kompensasiya edir.

“Fitch”in qiymətləndirməsinə əsasən, nağd vasitələr (əldə edilməyən hesablanmış faizlər çıxılmaqla) əsasında ilkin qiymətdən düşmələr üzrə gəlirlilik 2016-cı il və2017-ci ilk ayı üçün ziyansız idi. Bu isə xarici kapitalın dəstəyi olmadan problemli kreditləri ehtiyatda saxlamağa məcbur edir.

2017-ci ilin ilk yarım illiyinin sonuna olan göstəricilərə əsasən, bankın vaxtı ötmüş kreditləri ümumi həcmin 42%-ə qədər yüksəlib. Hətta 2017-ci ilin may ayında CDB iləbirləşməsindən və 2008-ci ilin ilk yarımilliyində səhm kapitalına 20 milyon manat investisiya cəlb olunmasından sonra da, 2017-ci ilin ilk yarımilliyinin sonu üçün “ATABANK” ASC-nin icra edilməmiş kreditləri 1.2x FCC göstəricisinə bərabər olub (2015-ci ilin sonunda: 0,8% FCC).

Bundan əlavə, 2017-ci ilin ilk yarımilliyinin sonundan sözügedən bankın kreditlərinin təxminən 26 faizi yüksək riskli kreditlər qrupuna aid olub (layihə maliyyələşdirmələri, üzərində yaxşı işlənməmiş borclular üçün xarici valyutada kreditlər və s).