BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verib

 BMT baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bart istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu addımı Şimali Kirp Türk Respublikası ilə yunan Kiprin nümayəndələri arasında münaqişənin tənzimlənməsinə dair İsveçrənin Kran-Montana şəhərində keçirilən danışıqların uğursuzluqla bitməsindən sonra atıb.

Xüsusi nümayəndə bildirib ki, adanın siyasi cəhətdən birləşməsinə nail ola bilmədiyinə görə vəzifəsində qalmaq istəmir.

Məlumata görə, bu xəbəri BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyüjarrik də təqdisləyib: “Cənab Eydenin formal olaraq, istefaya gedəcəyi tarix hələ məlum deyil. O, Kipr səfərindən qayıtdıqdan sonra vətəni Norveçə dönəcək. Orada isə fəaliyyətini başa çatdıracaq”.

Qeyd edək ki, bu il iyunun 28-dən iyulun 7-dək İsveçrənin Kran-Montana şəhərində BMT-nin təşkilatşılığı ilə Kipr üzrə konfrans keçirilib. Toplantı adadakı iki dövlətin birləşməsi məsələsi müzakirə edilib. Ancaq tərəflər arasında uyğun razılıq ələdə olunmayıb.