Bodrumda şiddətli zəlzələ

Türkiyənin Bodrum rayonunda növbəti yeraltı təkanlar hiss edilib.

“Ölkə.Az” xəbər verir ki, “Kandilli” rəsədxanasının məlumatına əsasən 11:42 radələrində Pınarlıbelen-Bodrum səmtində zəlzələ olub.

Rəsədxana əvvəlcə zəlzələnin 5.1, sonra isə 5.3 bal gücündə olduğunu bildirib.

Zəlzələnin dərinliyi 1.6 km-dir.

“AFAD”-dan verilən məlumata əsasən Gökova sahillərində 3.4 bal gücündə başqa bir zəlzələ qeydə alınıb. Gecə saatlarında isə 4.3 bal gücündə yeraltı təkanlar hiss edilib. Zəlzələ 17.49 km dərinlikdə qeydə alınıb.