Brusseldə patrul maşınına hücum edən şəxs güllələnərək öldürülüb

Belçikanın paytaxtı Brusseldə Somali əsilli şəxs patrul maşınına hücum edib.

Abzas.net xəbər verir ki, paytaxtın mərkəzində baş verən hadisə zamanı Somali əsilli şəxs əlində “maçete” ilə patrul maşınına hücum edib.

İnsident zamanı iki polis xəsarət alıb, hücum edən şəxs isə polis tərəfindən güllələnib.

Biri üz nahiyəsindən digəri isə çiynindən xəsarət almış hər iki polisə tibbi yardım göstərilib.

Hadisəni törədən şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir müddətdən sonra keçinib.

Bu insidentdən bir qədər sonra Brusseldə daha bir anoloji hal yaşanıb. Bu dəfə kimliyi bəlli olmayan motosikletçi polis məntəqəsinin girişinə “Molotov kokteyli” ataraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkən olmayıb.

Brussel Prokurorluğu hadisəni terror aktı kimi qiymətləndirib.