Bu gün “Qarabağ” ÇL-ın play-off mərhələsinin ilk oyununa çıxır

Bu gün Çempionlar Liqasının play-off mərhələsinin ilk matçlarına start veriləcək.

Abzas.net xəbər verir ki, bu gün Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq “Qarabağ” komandası, ÇL-ın play-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

Son 4 ildə ölkə çempionu olan Ağdam təmsilçisi hər il məhz bu mərhələnin qapısından geri dönərək Avropa liqası yolunu tuturdu.

Bu, “Qarabağ”la “Kopenhagen”in ilk qarşılaşması olmayacaq. 1998/99 mövsümünün Kuboklar kubokunda üz üzə gələn bu iki komanda arasındakı iki oyunun ümumi nəticəsinə görə Danimarka təmsilçisi 10:0 (6:0, 4:0) hesabı ilə qalib gəlib.

Oyun, bu gün saat 20:00-da Tofiq Bəhramov adına stadionda baş tutacaq. Cavab qarşılaşması avqustun 23-də keçiriləcək.

Oyuna italiyalı referi Paolo Tagliavento hakimlik edəcək.