Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

Abzas.net xəbər verir ki, 2016/2017 mövsümündə Çempionlar Liqasını qazanan “Real Madrid”-lə Avropa Liqasının qalibi olan “Manchester Yunayted” komandası qarşılaşacaq.

Oyun, Makedoniyanın paytaxtı Skopyedə, Bakı vaxtı ilə 22:45-də “II Filipp” stadionunda baş tutacaq.

Matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.

“Real Madrid” UEFA Superkubokunu 3 dəfə (2002, 2014, 2016) qazanıb.“Manchester Yunayted” isə kuboku yalnız bir dəfə, 1991-ci ildə qazanıb.