Çində ağır yol qəzası baş verib: 36 nəfər ölüb, 13 nəfər xəsarət alıb

Çinin Şensi əyalətində ötən axşam 36 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.  

“RİA Novosti”-nin məlumatına görə, avtobusun iştirakı ilə qəza Pekin-Kunmin sürətli magistraldakı tuneldə baş verib.

Xəsarət alanlar xəstəxanalara çatdırılıblar. Qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata görə, Çendu-Loyan marşrutu ilə hərəkət edən avtobus tunelə daxil olduqdan sonra naməlum səbəbdən divara çırpılıb.