“Fenerbahce” “Zenit”-in müdafiəçisini icarəyə götürüb

Türkiyənin “Fenerbahce” klubu “Zenit”in mərkəz müdafiəçisi Luis Neto-nu heyətinə qatıb.

Abzas.net xəbər verir ki, İstanbul təmsilçisi rus klubunun futbolçusunu 1 il müddətinə kirayələyib.

Bu keçidə görə, türklər “Zenit”-ə 1 milyon avro ödəyəcək. Bundan əlavə, razılaşmaya görə, növbəti mövsum “Fenerbahce” 3.5 milyon avro ödəyərək Neto-nu transfer edə bilər. Futbolçunun özünə isə klub bu bir ilə görə 2.5 milyon avro ödəyəcək.

Luis Neto “Zenit”-ə 2013-cü ilin fevralında İtaliyanın “Siena” klubundan transfer olunub. Bu 4 il ərzində, o,  Sankt-Peterburq təmsilçisinin heyətində 105 oyuna çıxıb və 1 qol vurub.