Fikrət Fərəməzoğlunun apellyasiya məhkəməsi başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun apellyasiya məhkəməsinin ilkin baxış iclası keçirilib.

Abzas.net xəbər verir ki, , hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 11-ə təyin edilib.

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.