Fransada avtomobil hərbçilərə hücum edib

Fransanın paytaxtı Parijdə, naməlum şəxs avtomobili bir qrup hərbçinin üstünə sürüb.

Abzas.net xəbər verir ki, bu barədə “France info” məlumat verib.

Avtomobil hadisə yerindən uzaqlaşıb.

Hücum nəticəsində 6 fransız hərbçisi yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır olsa da, həyatlarına təhlükə yoxdur. Hərbçilər Levallua-Perre ərazisində patrul xidmətini yerinə yetirirdilər.

Polis hələ ki nə günahkarı nə də avtomobili tapa bilməyib.

Hadisə saat 08:15-də, əsgərlər kazarmadan çıxarkən baş verib.

Əyalətin merinin fikrincə hücum oncədən planlaşdırılmış olub.

“Mənzərəyə baxdıqda, hücumun düşünülmüş addım olduğunu deyə bilərik. Hadisəni törədən sürücü kənarda hərbçilərin kazarmadan çıxmasını gözləyib”, – deyə mer bildirib.

Onun sözlərinə görə, hadisə “BMW” markalı avtomobillə törədilib.