Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb. 

Abzas.net xəbər verir ki, hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib.

Gözel Bayramlı və AXCP ittihamları qəbul etmir və bildirirlər ki, bu iş quramadır və bir-başa Azərbaycan Xalq Cəbhəsinə qarşı təzyiq üsuludur.