Hakimiyyət ölkənin əsas bayrağını “uzatmağa” qərar verib?

Son günlər Bayraq Meydanına və yaxınlıqdakı ərazilərə gələnlər ölkənin əsas bayraq ağacının yenidənqurması üzrə işlərin başladığını müşahidə edir.

Belə ki, bir neçə yüksək kranın köməyi ilə 162 metrlik metal qüllə sökülüb. Göründüyü qədər, hazırda ya Türkmənistana, ya başqa kiməsə məxsus olan dünya rekordunu ona qaytarmaq məqsədilə işlər aparılır.

Görünür, Bakıda düşünüblər ki, artıq buna dözmək olmaz və birinciliyi qaytarmaq lazımdır, xüsusən, ölkənin bütün kəskin problemləri də artıq həll olunub.

Amma bayraq ağacının uzadılması haqqında məsələ elə-belə yaranmayıb. Bununla eyni zamanda ötən bir neçə il ərzində çökməyə və çatlar verməyə başlayan Bayraq Meydanının bünövrəsinin möhkəmləndirilməsi üzrə işlər aparılır.

Şahidlərin sözlərinə görə, faktiki olaraq süni buxtaya söykənən dibin möhkəmləndirilməsi üçün tikilinin özülünə artıq bir-neçə gündür ki, minlərlə ton beton doldurulur.

Buna görə mütəxəssislər hesab edirlər ki, dibin möhkəmləndirilməsi üzrə işlərin effektinə zəmanət yoxdur.

Bu növbəti özünüreklama nə qədər vəsait gedəcəyini heç kim bilmir. Hakimiyyət ümumiyyətlə hansısa işlərin aparılması, xüsusən də ayrılan vəsaitin ölçüsü və mənbəyi haqqında məlumat vermir. Xüsusən, şübhə yoxdur ki, söhbət milyonlardan gedir.

Dövlət başçısı Bayraq Meydanının tikintisi haqqında fərmanı 2007-ci ildə imzalayıb. Layihəni Amerikanın Trident Support şirkəti hazırlayıb və Azərbaycanın Azenko şirkəti həyata keçirib.

2010-cu il sentyabrın 1-də Bakıda Bayraq Meydanının təntənəli açılış mərasimi olub.

2011-ci ilin mayına qədər Bakıdakı bayraq ağacı bütün dünyada ən yüksək ağac idi. Amma Düşənbədə 165 metrlik bayraq ağacı tikilib ki, bu da ideya müəllifinin heysiyyətinə toxunmaya bilməzdi.

Meydan 60 hektarlıq ərazini əhatə edir. Bayraq ağacının ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metrdir, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi təxminən 350 kiloqramdır. Meydanın tikintisi təxminən 32 milyon dollara başa gəlib.

Meydanda həmçinin dövlət rəmzləri – qızıl suyuna salınmış bürüncdən düzəldilmiş gerb, himnin mətni və Azərbaycan xəritəsi də təsvir edilib və Dövlət Bayrağı Muzeyi yaradılıb.

Maraqlıdır ki, açılışdan etibarən baş bayraq ətrafındakı ərazi vətəndaşların ziyarəti üçün bağlanıb. Oraya yalnız rəsmi nümayəndə heyətləri buraxılır.